Bank Of Baku

Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
# 04 mart 2009 14:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) üzvlərinin ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi ilə görüşü keçirilib. «APA-Economics»in məlumatına görə, öncə Klubun prezidenti Telman Əliyev CEIBC-nin fəaliyyəti barədə səfirə məlumat verib. Daha sonra çıxış edən E.Dersi bildirib ki, rəsmi Vaşinqton Azərbaycanla enerji, təhlükəsizlik, iqtisadi və siyasi sahələrdə sıx əməkdaşlıq edir.
«Biz enerji, regional və qlobal təhlükəsizlik məsələləri də daxil olmaqla baxışlarımızı və maraqlarımızı bölüşürük. Bu gün Azərbaycanın və Xəzər regionunun qaz ehtiyatlarının müstəqil tərzdə dünya bazarlarına çıxarılması üçün yeni boru xətlərinin inkişafı üzərində işləyirik», - deyə səfir vurğulayıb.
E.Dersi Azərbaycanda USAİD-in dəstəyi ilə maliyyə və ictimai xərclər sektorunda islahatlar, özəl sektorda rəqabətin yaxşılaşdırılması, ticarət və sərmayə mühitinin inkişafı ilə bağlı layihələrin həyata keçirildiyini bildirib.
Səfir ölkəsinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü dəstəklədiyini də vurğulayıb. Bu istiqamətdə rəsmi Vaşinqtonun Azərbaycana bir sıra sahələrdə köməklik göstərdiyini açıqlayıb. E.Dersi onu da əlavə edib ki, ÜTT-yə üzvlük Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək.
Tədbirin sonunda səfir E.Dersiyə CEIBC-nin üzvlük diplomu təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR