Bank Of Baku

ABŞ-ın Kommersiya Departamenti Azərbaycanda ofisini açacaq

ABŞ-ın Kommersiya Departamenti Azərbaycanda ofisini açacaq
# 04 mart 2009 14:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ABŞ-ın Kommersiya Departamentinin Azərbaycanda ofisi açılacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) toplantısında iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersi məlumat verib.
Səfirin sözlərinə görə, Kommersiya Departamentinin ofisinin açılması barədə hələ Corc Buş administrasiyası dövründə qərar olub: «O zaman bu məsələ reallaşmadı. Obama administrasiyası isə yenidən bu qərarı dəstəkləyib».
Səfir ofisin fəaliyyətə başlayacağı dəqiq tarixin hələ müəyyənləşmədiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR