Bank Of Baku

Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək
# 04 mart 2009 14:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprel ayında Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək. Bu barədə «APA-Economics»ə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas məlumat verib.
K.Kudzmanasın sözlərinə görə, biznes-forum Litvanın xarici işlər naziri Viqaudasa Uşackasın Azərbaycana səfəri çərçivəsində gerçəkləşəcək. Xarici işlər naziri ilə birlikdə Litvadan Azərbaycana iş adamlarının gəlişi də gözlənilir.
«Son iki ildə ölkələr arasında əlaqələr daha da sıxlaşıb, qarşılıqlı səfərlər intensivləşib», - deyə səfir vurğulayıb.
K.Kudzmanas qeyd edib ki, son 2 ildə Azərbaycanla Litva arasında müxtəlif sahələri əhatə edən 40-dan çox sənəd imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR