Bank Of Baku

Bakı Biznes Tədris Mərkəzi regional nümayəndəliklər açacaq

Bakı Biznes Tədris Mərkəzi regional nümayəndəliklər açacaq
# 05 mart 2009 07:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nəzdində olan Bakı Biznes Tədris Mərkəzinin ölkə regionlarında nümayəndəlikləri açılacaq.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, regionlarda sahibkarlara daha keyfiyyətli informasiya, hüquqi məsləhət və tədris xidmətlərinin göstərilməsini təmin etmək məqsədilə Mərkəzin Gəncə, Yevlax, Şəki, Lənkəran, Qazax və Göyçayda nümayəndəlikləri yaradılacaq.
Bakı Biznes Tədris Mərkəzinin nümayəndəliklərinin yaradılması regionlarda sahibkarlığın maarifləndirilməsində, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqində əhəmiyyətli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR