Bank Of Baku

Almaniya biznesmenləri martın sonunda Azərbaycana gələcək

Almaniya biznesmenləri martın sonunda Azərbaycana gələcək
# 06 mart 2009 06:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Almaniyanın ticarət missiyasının Azərbaycana səfərinin bu ilin martın 30-dan aprelin 3-dək keçəcəyi gözlənilir. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Almaniyanın ticarət missiyası və Azərbaycan sahibkarları arasında işgüzar görüşlərin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, tədbir İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR