Bank Of Baku

İspaniyada Azərbaycanda investisiya imkanlarına dair təqdimat keçirilib

İspaniyada Azərbaycanda investisiya imkanlarına dair təqdimat keçirilib
# 06 mart 2009 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) layihələr və tədqiqatlar şöbəsinin baş mütəxəssisi Amin Çərkəzov Madriddə (İspaniya) İspaniya İşəgötürənlər və Sahibkarlar Konfederasiyası (CEOE) və Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan iqtisadiyyatı ilə bağlı təqdimatla çıxış edib.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna və Rusiyadan olan nümayəndələr ispaniyalı sahibkarlara Qara dəniz və Xəzər dənizi regionunda investisiya imkanları barədə məlumat verib. Həmçinin, 75 nəfərin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycanın İspaniyadakı səfiri Məmməd Əliyev təmsil edib. Tədbirdə həmçinin İspaniya Xarici İşlər, İnfrastruktur, Sənaye, Turizm və Kommersiya nazirliklərinin səlahiyyətli nümayəndələri və digər təşkilatların rəsmiləri də iştirak ediblər.
Tədbirin sonunda CEOE ilə UBCCE arasında anlaşma memorandumu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR