Bank Of Baku

Azərbaycan fevralda üç yeni yeyinti məhsulu standartını təsdiq edib

Azərbaycan fevralda üç yeni yeyinti məhsulu standartını təsdiq edib
# 06 mart 2009 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin fevral ayı ərzində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 3 yeni yeyinti məhsulu standartını təsdiq edib. Bu barədə «APA-Economics»ə komitənin mətbuat xidmətindən məlumat verilib.

Təsdiq olunmuş AZS 328-2008 standartı dadverici qatqılar əlavə edilməklə hazırlanan, birbaşa qida məhsulu kimi istifadə üçün nəzərdə tutulan südə, AZS 329-2008 standartı ictimai iaşə müəssisələri, həmçinin sahibkar vətəndaşlar tərəfindən istehsal edilən və satış üçün nəzərdə tutulan yerkökü salatlarına, AZS 330-2008 standartı isə müxtəlif makaron məmulatları ilə mal, qoyun və ya camış ətindən hazırlanan, kip bağlanan qablara doldurularaq sterilizasiya edilən ət-bitki konservlərinə tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR