Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib

İqtisadi İnkişaf Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib
# 07 mart 2009 07:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İqtisadi İnkişaf Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu bu ilin martın 6-dan aprelin 6-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır. Sənədlər şəxsən və yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsabiqə test imtahanı və müsahibədən ibarətdir. Test imtahanının keçirilmə vaxtı və test sualları Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR