Bank Of Baku

Azərbaycanda ilk dəfə qiymətləndiricilərin sertifikatlaşdırılmasına başlanılıb

Azərbaycanda ilk dəfə qiymətləndiricilərin sertifikatlaşdırılmasına başlanılıb
# 10 mart 2009 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Beynəlxalq Qiymətləndirmə Mərkəzinin (İVC) nümayəndələrinin iştirakı ilə ölkədə ilk dəfə qiymətləndiricilərin sertifikatlaşdırılması prosesinə başlayıb. Proses martın 12-dək davam edəcək. Bu barədə «APA-Economics»ə AQC-dən məlumat verilib.
Sertifikatlaşdırma prosesi Rusiya Qiymətləndiricilər Cəmiyyətinin və Beynəlxalq Qiymətləndirmə Mərkəzinin (İVC) mütəxəssisləri tərəfindən aparılır. Bu prosesdən müvəffəqiyyətlə keçən qiymətləndiricilər beynəlxalq sertifikata layiq görüləcək.
Sertifikatlaşdırma prosesi milli və beynəlxalq standartların, eləcə də müvafiq normativ aktların tələblərinə uyğun olaraq davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR