Bank Of Baku

Azərbaycanda «Sosial dialoq sahəsində əməkdaşlıq» mövzusunda layihənin icrasına başlanılıb

Azərbaycanda «Sosial dialoq sahəsində əməkdaşlıq» mövzusunda layihənin icrasına başlanılıb
# 10 mart 2009 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Almaniyanın «Bildungsüetk der Wirtsjaft» İnstitutu ilə birlikdə «Sosial dialoq sahəsində əməkdaşlıq» mövzusunda layihənin icrasına başlayıb.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişafı və onun səviyyəsinin qaldırılması, həmçinin sosial tərəfdaşlar (hökumət, işəgötürənlər və həmkarlar) arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.
Layihə çərçivəsində ASK-da bu ilin martın 11-də «Əmək müqavilələrinin bağlanmasında və əmək mübahisələrinin həllində əmək qanunvericiliyinin praktik tətbiqi» mövzusunda seminar keçiriləcək. Tədbirdə 25-dək özəl şirkət nümayəndələri iştirak edəcəklər. Seminar yerli mütəxəssislər və Almaniyadan dəvət olunmuş ekspertlər tərəfindən aparılacaq. Seminarın məqsədi Almaniya və Azərbaycanda əmək müqavilələrinin bağlanması və əmək mübahisələrinin həll edilməsi məsələlərində əmək qanunvericiliyinin tətbiq edilməsi və bu sahədə paralel müqayisələrin aparılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR