Bank Of Baku

Azərbaycanda keçirilən son pul hərracında «Şəki Taxıl» ASC-nin 30% səhmi satılıb

Azərbaycanda keçirilən son pul hərracında «Şəki Taxıl» ASC-nin 30% səhmi satılıb
# 10 mart 2009 13:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən martın 3-də keçirilmiş 502-ci pul hərracında «Şəki Taxıl» ASC-nin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 166 151 manat, buraxılmış səhmləri 83 076 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Satışa ümumi nominal dəyəri 50 630 manat, ilkin hərrac qiyməti isə 25 315 manat olan 25 315 səhm çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiymətinə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR