Bank Of Baku

Gürcüstana sərmayə yatıran Azərbaycan biznesmenləri vahid təşkilatda birləşir

Gürcüstana sərmayə yatıran Azərbaycan biznesmenləri vahid təşkilatda birləşir
# 11 mart 2009 07:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dünən Tiflisdə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Gürcüstan-Azərbaycan iş adamları və şirkətlərinin AZEBİ adlı vahid təşkilatda birləşməsi məqsədi ilə yığıncaq keçirilib. Tədbirdə biznesmenlərlə yanaşı Azərbaycan və Gürcüstan deputatları, səfirliyin əməkdaşları, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri iştirak ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, AZEBİ qeyri-hökumət təşkilatının rəhbəri vəzifəsinə iş adamı Nadir quliyev seçilib.
N.Quliyev APA-ya verdiyi açıqlamasında bildirib ki, bu təşkilat kommersiya xarakterli deyil və yalnız məsləhət xidmətlərinin göstərilməsi ilə məşğul olacaq. Lakin üzv təşkilatlar üçün üzvlük haqqı müəyyənləşdiriləcək.
«Bu işlə bir ildir ki, məşğuluq. İstəyimiz odur ki, Azərbaycandan gəlib Gürcüstana investisiya yatıran iş adamları və şirkətləri birləşdirək, onlara əməli kömək göstərək. Gürcüstanda rəsmi qeydiyyatdan keçən belə təşkilatların sayı artıq 22-yə çatıb. Bəzi təşkilatların investisiya qoyuluşları zamanı istiqamətləndirmə ilə bağlı məsləhətlərə ehtiyacı yaranır, bəzən süründürməçiliklə üzləşir. AZEVİ-yə müraciət edən iş adamlarının problemlərini həll etməyə çalışağıq. Bu işdə başlıca məqsədimiz odur ki, Gürcüstana yatırılan Azərbaycan investisiyalarını artıraq. Bunun üçün xüsusi şura yaratmağı da nəzərdə tutmuşuq. Təşkilatımızın öz maliyyəsi, hüquqşünasları, auditorları, mühasibləri olacaq», - deyə N.Quliyev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR