Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondunda vakant vəzifələr üzrə müsabiqə keçirilir

Sahibkarlığa Kömək Milli Fondunda vakant vəzifələr üzrə müsabiqə keçirilir
# 11 mart 2009 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda (SKMF) vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edib.
SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu bu ilin aprelin 6-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaq. Sənədlər şəxsən və ya poçt vasitəsilə təqdim olunmalıdır.
Müsabiqə test imtahanı və müsahibədən ibarətdir. Test imtahanının keçirilmə vaxtı və test sualları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi veb-saytında (www.csc.gov.az) yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR