Bank Of Baku

Azərbaycanda genetik modifikasiya olunmuş orqanizmlərin təhlil üzrə laboratoriya tikilə bilər

Azərbaycanda genetik modifikasiya olunmuş orqanizmlərin təhlil üzrə laboratoriya tikilə bilər
# 12 mart 2009 10:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azad İstehlakçılar Birliyi «Əhalinin biomüxtəlifliyin qorunması və genetik modifikasiya olunmuş orqanizmlərə (GMO) dair beynəlxalq sənədlər haqqında məlumatlandırılması Layihəsi»nin icrasını başa çatdırıb. «APA-Economics»in məlumatına görə, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
E.Hüseynovun sözlərinə görə, 2 il davam edən layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilib: «Avropa Komissiyası bizə 6 min manat məbləğində qrant ayırıb. Analoji layihələr Peru, Mərakeş, İndoneziya, Mali və Pakistanda da həyata keçirilib».
E.Hüseynov bildirib ki, layihə çərçivəsində broşür və bukletlər çap olunaraq sahibkarlar və istehlakçılar arasında paylanılıb.
«Biz həmçinin Azərbaycan hökumətinə GMO məhsullarının nişanlanmasına dair təkliflərimizi vermişik və çox güman ki, bu təkliflər hökumət tərəfindən təsdiq olunacaq», - deyə E.Hüseynov vurğulayıb.
AİB sədri həmçinin qeyd edib ki, hazırda Azərbaycanda nəinki GMO məhsulları satılır, hətta istehsal olunur və yetişdirilir.
Bundan başqa, E.Hüseynov GMO məhsullarının testdən keçirilməsində problemlərin olduğunu da bildirib. Belə ki, Azərbaycanda bu məhsulları testdən keçirmək üçün nə mütəxəssis, nə də laboratoriya mövcuddur: «Hazırda biz bu cür laboratoriyanın yaradılması və bunun tikintisi üçün maliyyə vəsaitinin cəlb olunması imkanlarını araşdırırıq». E.Hüseynovun sözlərinə görə, laboratoriyanın tikintisi üçün təxminən 60 min ABŞ dolları məbləğində vəsait tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR