Bank Of Baku

Azərbaycanda Novruz bayramı ərəfəsində keyfiyyətsiz yeyinti və məişət məhsullarının aşkarlanması ilə bağlı işlərə başlanılıb

Azərbaycanda Novruz bayramı ərəfəsində keyfiyyətsiz yeyinti və məişət məhsullarının aşkarlanması ilə bağlı işlərə başlanılıb
# 12 mart 2009 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Novruz bayramı ərəfəsində saxlama müddəti keçmiş, keyfiyyətsiz, mənşəyi məlum olmayan yeyinti və məişət məhsullarının aşkar edilməsinə dair işlərə başlayıb. «APA-Economics»in məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Z.Kazımovun sözlərinə görə, artıq müvafiq araşdırmalara başlanılıb və bu növ məhsullar aşkarlandığı halda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi müvafiq orqanlara müraciət edərək bu məhsulların dövriyyədən çıxarılmasını təmin edəcək.
Z.Kazımov həmçinin bildirib ki, Yeni il bayramında Mərkəz tərəfindən uşaqlar üçün nəzərdə tutulmuş 2 900 hədiyyə dövriyyədən çıxarılıb. Belə ki, həmin hədiyyələrdə keyfiyyətsiz məhsullar aşkarlanıb.
«Biz həmçinin bu ilin yanvar-mart ayları ərzində iri və kiçik buynuzlu mal-qaranın müvafiq sertifikat olmadığı halda çöllərdə kəsilməsinin qarşısını almaq istiqamətində də işlərə başlamışıq», - deyə Z.Kazımov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR