Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda əmtəə dövriyyəsi 10% artıb

Yanvar-fevral aylarında Azərbaycanda əmtəə dövriyyəsi 10% artıb
# 13 mart 2009 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə 1,8 mlrd. manatlıq müxtəlif istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən isə 562,9 mln. manatlıq pullu xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 9,9%, pullu xidmətlərin həcmi isə 20,2% artıb.
Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,3%-i hüquqi şəxslərin, 43,9%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 40,8%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb. İstehlak mallarının 1,2 mlrd. manatını ərzaq, 630,3 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və onların satışı müvafiq olaraq 9,8% və 10,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR