Bank Of Baku

Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı yeni dövlət proqramı hazırlanır

Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı yeni dövlət proqramı hazırlanır
# 13 mart 2009 11:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda növbəti illərdə sahibkarlığın dəstəklənməsi üçün yeni dövlət proqramının layihəsi hazırlanacaq. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə hökumətin 2008-ci il üzrə hesabatını təqdim edən ölkənin baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib.
Y.Eyyubovun sözlərinə görə, hazırda dövlət proqramı layihəsi üzrə hazırlıq işləri aparılır: «Proqramda ölkədə fəaliyyət göstərən sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, sahibkarların hüquqlarının qorunması və bir sıra digər məsələlər əksini tapacaq».
Xatırladaq ki, sahibkarlığın inkişafı ilə bağlı sonuncu dövlət proqramı 2003-2005-ci illəri əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR