Bank Of Baku

Korin Badalamenti: «Dünya maliyyə böhranı «Tissot» saatlarının satışını 20% azaldacaq»

Korin Badalamenti: «Dünya maliyyə böhranı «Tissot» saatlarının satışını 20% azaldacaq»
# 13 mart 2009 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı İsveçrənin tanınmış saat istehsalçısı olan «Tissot» şirkətinə də təsir göstərəcək. Bu barədə «APA-Economics»ə açıqlamasında Bakıda səfərdə olan «Tissot» şirkətinin regional meneceri xanım Korin Badalamenti məlumat verib.
K.Badalamentinin sözlərinə görə, əgər əvvəllər «Tissot» ildə 2,5 mln. ədəd saat realizə edirdisə, bu il satış həcminin 20% azalaraq 2 mln-a düşəcəyi proqnozlaşdırılır: «Satış həcminin azalması qlobal maliyyə böhranı ilə əlaqədardır. Lakin bu bizim üçün ciddi problem yaratmayacaq. Əlbəttə, «Tissot»un lüks – bahalı saatları çətin satılacaq, ancaq əhalinin pula qənaət etməsi bizim nisbətən ucuz saat modellərinin satışını artıracaq».
K.Badalamenti həmçinin qeyd edib ki, bu ilin mart ayının sonunda Bazeldə (İsveçrə) keçiriləcək beynəlxalq saat sərgisində «Tissot» öz yeni modellərini nümayiş etdirəcək.
Qeyd edək ki, «Tissot» şirkəti 1853-cü ildən fəaliyyət göstərir. Şirkət ilk olaraq cib saatlarının istehsalı ilə məşğul olub və 1930-cu ildən etibarən qol saatlarının istehsalına başlayıb. Şirkət ildə 100-dən artıq yeni saat modeli istehsal edir. Hazırda «Tissot»un 150 ölkədə 60 mindən artıq salonu fəaliyyət göstərir. Şirkət «Swatch» qrupuna daxildir və burada 19 brend birləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR