Bank Of Baku

Gələn həftə «Brand Award Azerbaijan-2009» müsabiqəsinə start verilir

Gələn həftə «Brand Award Azerbaijan-2009» müsabiqəsinə start verilir
# 13 mart 2009 14:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) və «Caspian Energy» Beynəlxalq Media Qrupu martın 16-da «Brand Award Azerbaijan» İnternet sorğusunda iştirak etmək üçün şirkətlərin qeydiyyatına start verəcək. Bu barədə «APA-Economics»ə CEIBC-nin mətbuat xidmətindən məlumat verilib.
Sorğuda istənilən ticarət markası, şirkət və təşkilat brendləri iştirak edə bilər. İnternet vasitəsi ilə səsvermə mayın 15-dən noyabrın 15-dək www.brandaward.az saytında aparılacaq. Rəsmi nəticələr isə dekabr ayında elan olunacaq.
Qeyd edək ki, birinci «Brand Award Azerbaijan» sorğusunun nəticələri fevralın 18-də açıqlanıb. APA informasiya agentliyi «İlin informasiya portalı» nominasiyası üzrə «Brand Award Azerbaijan» mükafatı ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR