Bank Of Baku

Azərbaycanda əlavə dəyər və mənfəət vergiləri dərəcələrinin azaldılması nəzərdə tutulur

Azərbaycanda əlavə dəyər və mənfəət vergiləri dərəcələrinin azaldılması nəzərdə tutulur
# 16 mart 2009 09:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) üzvlərinin Azərbaycan Vergilər Nazirliyinin idarə rəisləri ilə görüşü keçirilib. Bu barədə «APA-Economics»ə ATİB-in mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və uçotun təşkili Baş İdarəsinin şöbə rəisi İftixar Axundov 2008-ci ildə 6 500-ə qədər kommersiya hüquqi şəxsin qeydə alındığını və bu rəqəmin 2007-ci il ilə müqayisədə 30% çox olduğunu vurğulayıb. Ötən il ümumilikdə 44 200 sahibkarlıq subyekti qeydiyyata alınıb. Qeydiyyata düşən xarici sərmayəli kommersiya hüquqi şəxslərin sayı 510-a çatıb və bu şəxslərin 40%-ni türkiyəli sahibkarlar təşkil edib. Sahibkarlıq subyektləri arasında tikinti və xidmət sahəsi üzrə qeydə alınanlar üstünlük təşkil edib.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Şamil Ərəbov isə bəzi vergi dərəcələrinin optimallaşdırılması ilə bağlı dövlət proqramın qəbul edildiyini bildirib. İdarə rəisi qeyd edib ki, əlavə dəyər vergisi dərəcəsinin 1%, mənfəət vergisinin dərəcəsinin 2% azaldılması nəzərdə tutulur. Ş.Ərəbov Vergilər Nazirliyi tərəfindən Vergi Məcəlləsinə dəyişiklərlə bağlı layihənin artıq hökumətə təqdim olunduğunu vurğulayıb.
Ş.Ərəbov iqtisadi böhranla bağlı bankların mənfəətin nizamnamə kapitalına yönəldilmiş hissəsinin mənfəət vergisindən azad olunması ilə bağlı qərar qəbul olunduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR