Bank Of Baku

Azərbaycanda sahibkarların maarifləndirilməsi üçün treninqlər keçirilib

Azərbaycanda sahibkarların maarifləndirilməsi üçün treninqlər keçirilib
# 16 mart 2009 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə «SKMF-in vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda treninqlər keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqlərdə İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsi, Bakı Biznes Tədris Mərkəzi, Nazirliyin regional bölmələrinin nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd SKMF ilə yanaşı, Nazirliyin digər qurumları tərəfindən də regionlarda sahibkarların maarifləndirilməsi işinin ardıcıl və sistemli şəkildə davam etdirilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR