Bank Of Baku

İyunda keçiriləcək Azərbaycan Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində azalma gözlənilir

İyunda keçiriləcək Azərbaycan Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində azalma gözlənilir
# 16 mart 2009 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayının 2-5-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda keçiriləcək VIII Azərbaycan Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində («TransSaspian») azalmanın müşahidə olunacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu «Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov bildirib.
F.Məmmədovun sözlərinə görə, sərginin azalmasına əsas səbəb hazırda dünyada müşahidə olunan maliyyə böhranıdır: «Məhz buna görə, həmişə may ayında keçirilən nəqliyyat sərgisi neft-qaz sərgisi ilə birgə keçiriləcək».
Qeyd edək ki, 2009-cu ildə «Iteca Caspian» şirkəti Azərbaycanda 23 ixtisaslaşdırılmış sərgi və 2 konfrans keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR