Bank Of Baku

ATİB-də Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirilib

ATİB-də Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirilib
# 17 mart 2009 09:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyində (ATİB) Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə ATİB-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün rotensial imkanlar müzakirə olunub. ATİB İdarə Heyətinin sədr müavini Cemal Üangın bildirib ki, Azərbaycanın qeyri-neft sektorunda istehsalatın təxminən 35%-i ATİB üzvlərinin rayına düşür. ATİB Azərbaycana sərmayə yatırmaq istəyən iş adamlarına yanlış təmasdan qorunma, düzgün iş qurmaqda köməklik və s. sahələrdə yardımlar göstərir.
C.Üangın həmçinin Azərbaycanla MDB-yə daxil olan digər ölkələr arasında ticarət əlaqələrinin əlverişliliyi, ölkədə qaz, su və elektrik enerjisinin ucuzluğu, mənfəət vergisinin aşağı dərəcəsi, ucuz işçi qüvvəsi, gömrük sistemindəki təkmilləşdirmələr haqqında tədbir iştirakçılarına məlumat verib.
Qeyd edək ki, MÜSİAD 1990-cı ildə qurulub və təşkilatın 4 500 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR