Bank Of Baku

Azərbaycan paytaxtında yararsız ərzaq məhsullarının satışı ilə məşğul olan topdansatış anbar aşkarlanıb

Azərbaycan paytaxtında yararsız ərzaq məhsullarının satışı ilə məşğul olan topdansatış anbar aşkarlanıb
# 18 mart 2009 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti (İBNDX) tərəfindən ölkə ərazisində istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə keçirdiyi monitorinq nəticəsində Bakı şəhərində qanun pozuntularına yol vermiş daha bir sahibkarlıq subyekti aşkarlanıb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev pr-ti,10 ünvanında yerləşən və fiziki şəxs Pançivani Manuhar Harçana məxsus olan topdansatış anbarında Dövlət Xidməti tərəfindən istehlak üçün tamamilə yararsız, istifadə müddəti ötmüş, zəruri sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə saxlanılan küllü miqdarda ərzaq məhsullarının, o cümlədən yağ, düyü, qənnadı məmulatları, konservləşdirilmiş məhsullar və s. satışının həyata keçirildiyi aşkarlanıb. İBNDX-nin əməkdaşları tərəfindən 45 adda 3 888 ədəd malın istifadə müddətinin ötdüyü, 77 adda 18 565 ədəd malın müvafiq qaydada markalanmadığı müəyyən edilib və onların satışı dayandırılıb. Həmin obyektdə mövcud sanitar şəraitin və satılan malların insan həyatı və sağlamlığı üçün xüsusi təhlükəli olduğunu nəzərə alaraq, aşkar edilmiş keyfiyyətsiz malların zərərsizləşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR