Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2008-ci ilin yanvar-fevral aylarına nisbətən 14,1% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 5% təşkil edib.
Pərakəndə əmtəə dövriyyəsinin real artımının 76,8%-i ticarət müəssisələri, 23,2%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
Cari ilin yanvar-fevral aylarında ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 105,7 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 17,9 manat və ya 20,4% çox müxtəlif istehlak malları alıb. Bu artım ticarət müəssisələrində 11,8 manat, bazar və yarmarkalarda isə 6,1 manat təşkil edib.
Alıcılıq qabiliyyətinin yüksəlməsi nəticəsində qeyri-ərzaq mallarının payının artmasının müşahidə olunmasına baxmayaraq, 2009-cu ilin ilk iki ayında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 65,4% olub. Hesabat dövründə əhaliyə 1,192 mlrd. manatlıq ərzaq, 630,3 mln. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi müvafiq olaraq 9,8% və 10,6% artıb.
2009-cu (2008-ci) ilin yanvar-fevral aylarında əmtəə bazarının strukturu: