Bank Of Baku

Azərbaycanda dövlət vəsaitləri hesabına sahibkarların güzəştli kreditləşməsi bərpa olunub

Azərbaycanda dövlət vəsaitləri hesabına sahibkarların güzəştli kreditləşməsi bərpa olunub
# 19 mart 2009 15:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkədə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsini bərpa edib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il dövlət büdcəsindən SKMF-a güzəştli kreditlərin verilməsi məqsədilə 80 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub Ümumilikdə isə, Fondun xəzinə hesabına qaytarılacaq kredit məbləğləri və kredit faizləri də daxil olmaqla, 2009-cu ildə sahibkarlara ümumilikdə 130 mln. manat məbləğində güzəştli kreditin verilməsi proqnozlaşdırılır.
Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR