Bank Of Baku

Gəncədə regional biznes forum keçirilib

Gəncədə regional biznes forum keçirilib
# 26 mart 2009 11:37 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı- APA. Bu gün Gəncədə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən qərb bölgəsi sahibkarları üçün kreditlər paylanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün Gəncədə keçirilən biznes forumunda qeyd olunub ki, 26 orta sahibkar üçün nəzərdə tutulan bu kreditlərin məbləği sahibkarların təqdim etdikləri biznes plana uyğun olaraq hesablanıb. Forumda çıxış edənlər kreditlərin alınma qaydaları, sahibkarların hüquqlarının qorunması, fermerlərin qarşılaşdıqları problemlərin həlli yolları və s. barədə tədbir iştirakçılarına məlumat veriblər. Tədbirə qatılan sahibkarlar və fermerlər də sözügedən məsələlərlə bağlı öz təkliflərini söyləyiblər. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev APA-nın yerli bürosuna bildirib ki, bu forum sahibkarlıq subyektlərinin investisiya layihələrinin əyani və şəffaf formada həyata keçirmək üçün təşkil olunub: “Eyni zamanda regionlarda sahibkarların problemləri və onları maraqlandıran suallarla yerində tanış oduq. Onların gələcək bizneslərinin inkişafında həm texniki həm də maddi yardım edəcəyik. Fond özü sahibkarlara birbaşa kredit vermir. Bunun üçün Fond 35 müvəkkil kredit təşkilatının agent kimi funksiyalarından istifadə edirik. Fondun 30 müvəkkil bank, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı var ki, onlar bunların vasitəsilə kreditlərin verilməsi həyata keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR