Bank Of Baku

“Azersun Holding” və onun prezidenti Avropa Biznes Assambleyasının mükafatlarına layiq görülüblər

“Azersun Holding” və onun prezidenti Avropa Biznes Assambleyasının mükafatlarına layiq görülüblər
# 27 mart 2009 09:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Azersun Holding” Şirkətlər Qrupu və şirkətin prezidenti Abdolbori Goozal Avropa Biznes Assambleyasının yüksək mükafatlarına layiq görülüb. Bu barədə APA-ya “Azersun Holding”dən məlumat verilib. A. Goozala biznesdə əldə etdiyi nailiyyətlərə görə “Queen Victoria Commemorative Medal” (Kraliça Viktoriya Xatirə Medalı), “Azərsun Holding”ə isə istehsalatda nail olduğu yüksək keyfiyyət standartına görə “European Quality Award” (Avropa Keyfiyyət Mükafatı ) mükafatları təqdim olunub. Mükafatlar Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Liderlərin Oksford Sammiti”ndə A. Goozala təqdim olunub. 21 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən sammitdə “Nokia” şirkətinin rəhbəri Jorma Olilla (Finlandiya), “Tata Group” rəhbəri Ratan Tata (Hindistan) və digər tanınmış şirkətlərin rəhbərləri də mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR