Bank Of Baku

Aran və Gəncə-Qazax iqtisadi rayonlarında 60 sahibkara güzəştli kredit verilib

Aran və Gəncə-Qazax iqtisadi rayonlarında 60 sahibkara güzəştli kredit verilib
# 27 mart 2009 12:01 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Aran və Gəncə-Qazax iqtisadi rayonlarında 60 sahibkarlıq subyektinə güzəştli kredit verilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Aran iqtisadi rayonu üzrə 34, Gəncə-Qazax iqtisadi rayonu üzrə isə 26 sahibkara illik dərəcəsi 7% olan kreditlər ayrılıb. Güzəştli kredit alan sahibkarlar Gəncə, Samux, Ağstafa, Goranboy, Göygöl, Şəmkir, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərirlər. Maliyyələşdirilmiş layihələr sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı sahələrini əhatə edir. Bu layihələrin həyata keçirilməsi 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək. Ümumilikdə isə 2009-cu ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondundan müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş güzəştli kreditlər hesabına 350 yeni iş yerinin açılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR