Bank Of Baku

Azərbaycanda keçirilən son pul hərracında 2 ASC-nin səhmləri satılıb

Azərbaycanda keçirilən son pul hərracında 2 ASC-nin səhmləri satılıb
# 29 mart 2009 09:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən martın 17-də keçirilmiş 504-cü pul hərracında 2 səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Səhmləri satılmış «Saatlı Kirayə» və «Mingəçevir Avtonəqliyyat-5» səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 73 477 manat, buraxılmış səhmlərinin sayı 36 738 ədəd, bir səhminin nominal dəyəri isə 2 manatdır. Satışa hər iki cəmiyyətin ümumi nominal dəyəri 22 106 manat, ilkin hərrac qiyməti isə 11 053 manat təşkil edən 11 053 səhmi çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiymətinə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR