Bank Of Baku

Sabah Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək
# 30 mart 2009 10:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin martın 31-də Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, ASK tərəfindən təşkil olunan forumun məqsədi iki ölkənin iş adamları arasında mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni işgüzar əlaqələrin yaradılmasıdır. Forumda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən maşınqayırma, kənd təsərrüfatı texnikası, qaz, neft-kimya avadanlıqları, əczaçılıq, elektrik, soyutma-isitmə sistemləri, bütün növ nəqliyyat (avtomobil, hava, dəmiryol, dəniz-çay), toxuculuq, tikinti layihələndirmə, kommunal təsərrüfat sahələrində fəaliyyət göstərən alman və qeyd olunan sahələrdə maraqlı olan yerli iş adamları görüşəcəklər. ASK biznes-forumda yerli iş adamlarının iştirakını təmin edəcək.
Qeyd edək ki, forum Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR