Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçirilir
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyev biznes-forum iştirakçılarına ölkənin iqtisadi inkişafından məlumat verib və qeyd edib ki, 2008-ci il ərzində Azərbaycan qlobal maliyyə böhranı fonunda nisbətən davamlı ölkələr sırasında olub: «Böhran dövründə bir sıra ölkə iqtisadi tənəzzülə uğrayıb, bir çox müəssisə iflasa uğrayaraq bağlanıb və digər problemlər yaşanıb. Lakin Azərbaycanda analoji hadisələr və vəziyyət müşahidə olunmayıb».
S.Vəliyev həmçinin qeyd edib ki, ötən il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempi 10,8%, bu ilin ilk iki ayı ərzində isə artım 3,4% təşkil edib: «Qeyri-neft sektorunda artım 14% olub, özəl sektorun ÜDM-də xüsusi çəkisi isə 85%-ə çatıb». Nazirlik aparatının rəhbərinin sözlərinə görə, ölkədə qeyri-neft sektoru daha da inkişaf etdirilməli, rəqabətə davamlı mühit yaradılmalıdır.
S.Vəliyev onu da bildirib ki, ötən müddət ərzində Almaniya Azərbaycanda texniki layihələrin icrasına 44 mln. avro ayırıb: «Ötən dövr ərzində Almaniya Azərbaycana 245 mln. avro həcmində kredit və 24 mln. qrant ayırıb».
İki ölkə arasında ticarət dövriyyəsinə gəldikdə isə, S.Vəliyev qeyd edib ki, 2008-ci ildə ticarət dövriyyəsi 804 mln. ABŞ dolları təşkil edib və 2007-ci illə müqayisədə bu göstərici 64% artıb.
Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina bildirib ki, Azərbaycan Almaniya müəssisələri üçün əlverişli ölkələrdən biridir. Belə ki, burada iqtisadi artım hər il 25%-dən az olmayıb, bu il ərzində isə həmin göstəricinin 10%-dən aşağı olmayacağı proqnozlaşdırılır.
Almaniyanın iqtisadi potensialından məlumat verən səfir həmçinin bildirib ki, Almaniya Azərbaycana keyfiyyətli və eyni zamanda dünyada tanınan mal və məhsullarını təklif edir.
Tədbirdə iştirak edən Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin Rusiya, Ukrayna, Belarus, Moldova, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə referenti xanım Margit Şteffel qeyd edib ki, bu biznes-forum iki ölkə arasında körpü rolunu oynayacaq və tərəflər arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. M.Şteffel onu da bildirib ki, Almaniya tərəfinin statistik göstəricilərinə əsasən, Azərbaycan bu ölkənin neft-qaz idxalının ümumi həcmində 6-cı yeri tutur, bu da çox yüksək göstəricidir.
Forumda həmçinin Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev şirkətin potensialı və imkanlarından, Azpromo-nun prezidenti Rəhim Hüseynov isə fondun fəaliyyət prinsipləri və potensialından tədbir iştirakçılarına məlumat verib.
Qeyd edk ki, biznes-forumda Almaniya iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 20, Azərbaycan tərəfindən isə 40 şirkət iştirak edir. Forum çərçivəsində tərəflər arasında əməkdaşlıq birjası və ikitərəfli görüşlər keçiriləcək.
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq
Muxtar Babayev: 2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiyalar 600 milyard dollara çatmalıdır
Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Binəqədidə evdən 8000 manatlıq məişət və geyim əşyaları oğurlanıb, kirayənişin saxlanılıb
“PAŞA Sığorta” üç KASKO hadisəsi üzrə 150 min manatdan çox ödəniş edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Mərkəzi Bankın Baş direktoru: Yüksək valyuta ehtiyatları xarici şoklara qarşı strateji buferdir - MÜSAHİBƏ
Kreml: Rusiya Qara dənizdə Ukrayna üçün silah daşımaqda istifadə olunan ticarət gəmilərinə zərbələri davam etdirəcək
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmayıb