Bank Of Baku

Bakıda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi ilə bağlı sahibkarlar üçün treninq keçirilib

Bakıda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi ilə bağlı sahibkarlar üçün treninq keçirilib
# 31 mart 2009 10:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün «Sahibkarlığa Kömək Mili Fondunun (SKMF) vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda treninq keçirilib.

«APA-Economics»in məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində (BBTM) keçirilən treninqdə 30-dan artıq şirkətin nümayəndəsi iştirak edib.

BBTM-in direktoru Tofiq Babayev bu günədək Mərkəzin müxtəlif rayonlarda sahibkarlar üçün bu cür treninqlər təşkil etdiyini bildirib və analoji tədbirlərin digər regionlarda da keçirilməsi planlaşdırıldığını diqqətə çatdırıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev isə Fonddan maliyyələşən layihələr barədə məlumat verib və sahibkarların maliyyələşdirilməsi məqsədi ilə dövlətin hazırda bir neçə layihə üzərində işlədiyini vurğulayıb.

Treninqlərdə sahibkarlara biznes ideyalarının formalaşdırılması və həmin ideyaların investisiya layihələrinə çevrilməsi, biznes-planların tərtibi, layihələrin SKMF vəsaitləri hesabına güzəştli qaydada maliyyələşdirilməsi barədə geniş məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR