Bank Of Baku

Azərbaycan sahibkarların güzəştli kreditləşməsi şərtlərini asanlaşdırır

Azərbaycan sahibkarların güzəştli kreditləşməsi şərtlərini asanlaşdırır
# 31 mart 2009 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) sahibkarlıq subyektlərinin güzəştli kreditləşdirilməsi proseduralarının təkmilləşdirilməsi ilə bağlı layihə prezident administrasiyasına təqdim olunub. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Nazirliyin təqdim etdiyi layihədə SKMF vəsaitləri hesabına verilən kreditlər üzrə faiz dərəcələrinin hazırkı 7%-dən 6%-ə, kreditlərin alınması prosedurasının müddətinin 28 günə qədər azaldılması, kreditlərin maksimum məbləğinin hazırkı 3 mln. manatdan 5 mln. manata qədər artırılması təklif olunur.

Həmçinin bildirilir ki, 2009-cu ilin əvvəlindən 200-dən çox sahibkara 10 mln. manatadək güzəştli kredit verilib. Cari ildə SKMF dövlət büdcəsi vəsaiti hesabına 80 mln. manat (o cümlədən, 6 mln. manatı Naxçıvan Muxtar Respublikası üzrə), öz vəsaiti hesabına isə 56 mln. manat kredit verməyi planlaşdırır.

Ümumilikdə, 2002-2008-ci illərdə SKMF-dən 7 mindən artıq sahibkarlıq subyekti 335,6 mln. manat kredit alıb. Cari ilin sonuna SKMF-in məcmu kredit portfelinin 410 mln. manat həddini ötəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, SKMF vəsaitləri sahibkarlara 30 bank, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsi ilə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR