Bank Of Baku

Rusiyanın 83 subyektindən 70-i Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq edir

Rusiyanın 83 subyektindən 70-i Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq edir
# 31 mart 2009 11:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Hazırda Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycanla ticarət-iqtisadi sahədə əməkdaşlıq edir. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

«Qeyd etmək istərdim ki, Rusiyanın 13 subyekti Azərbaycanla imzalanmış sazişlər səviyyəsində əməkdaşlıq edir», - deyə Y.Şedrin bildirib.

RF-nin ticarət nümayəndəsi yaxın vaxtlarda analoji sənədin Azərbaycanla Tambov vilayəti arasında da imzalanacağına ümid etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın daha 4 subyekti – Kemerovo və Nijeqorod vilayətləri, Stavropol diyarı və Qabardin-Balkar respublikası Azərbaycanla ticarət-texniki və humanitar sahədə əməkdaşlıq barədə sazişlər imzalamağa hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR