Bank Of Baku

Azpromo yeni xarici nümayəndəlik açmağa hazırlaşır

Azpromo yeni xarici nümayəndəlik açmağa hazırlaşır
# 31 mart 2009 11:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) aprel ayının sonunda Gürcüstanda nümayəndəliyini açacaq. Bu barədə «APA-Economics»ə Azpromo-nun prezidenti Rəhim Hüseynov məlumat verib.

R.Hüseynovun sözlərinə görə, Azpromo hazırda Tiflisdə nümayəndəliyin açılması istiqamətində hazırlıq işi aparır.

Qurumun Rusiyada nümayəndəliyinin açılması məsələsinə gəldikdə isə R.Hüseynov qeyd edib ki, Azpromo Soçi şəhərində nümayəndəliyin açılması ideyesından imtina edib. Belə ki, hər hansı bir ölkədə açılan nümayəndəlik iqtisadi cəhətdən özünü doğrultmalı, nümayəndəliyin açıldığı regionun Azərbaycanla iqtisadi əlaqələrə ehtiyacı olmalıdır: «Aparılan araşdırmalar onu göstərir ki, Soçidə nümayəndəliyin açılması böyük əhəmiyyət kəsb etməyəcək və buradakı ofis aktiv işləməyəcək. Gürcüstanda isə ofisimizin açılması iki ölkə arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq».

Xatırladaq ki, hazırda Azpromo-nun Qazaxıstanda nümayəndəliyi fəaliyyət göstərir.

Qeyd edək ki, Azpromo 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR