Bank Of Baku

«Det Norske Veritas» şirkətinin Azərbaycanda fəaliyyətinə qadağa qoyulub

«Det Norske Veritas» şirkətinin Azərbaycanda fəaliyyətinə qadağa qoyulub
# 01 aprel 2009 12:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) «Det Norske Veritas» şirkətinin sertifikatlaşdırdığı təşkilatlarda «Keyfiyyəti idarəetmə sistemi»nin fəaliyyətinə müşahidələr nəticəsində İSO 9001-2000 standartının tələblərinin pozulması faktını aşkar edib. Bu barədə «APA-Economics»ə SMDK-nin mətbuat xidmətindən məlumat verilib.
Yoxlamalar zamanı «Det Norske Veritas» şirkətinin sertifikatlaşdırma orqanı kimi fəaliyyət göstərməsi üçün vacib olan beynəlxalq və milli sertifikatlaşdırma sisteminin tələblərinə uyğun rəhbər edici sənədlərinin olmaması aşkarlanıb. Nəticədə, Dövlət Komitəsinin qərarı ilə «Det Norske Veritas» şirkətinin sertifikatlaşdırma orqanı kimi Azərbaycan ərazisində fəaliyyəti qanunsuz hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR