Bank Of Baku

Azərbaycan paytaxtında fəaliyyət göstərən 7 müəssisədə istehsal qadağan edilib

Azərbaycan paytaxtında fəaliyyət göstərən 7 müəssisədə istehsal qadağan edilib
# 06 aprel 2009 14:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayı ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) müfəttişləri dövlət nəzarəti planına əsasən Bakı şəhərində 10-u təkrar olmaqla 20 təsərrüfat subyektində araşdırma aparıblar. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.
Monitorinq zamanı bir sıra qanun pozuntuları aşkar edilib. Həmin nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə 9 iradnamə, normativ sənədlərin tələblərinə cavab verməyən ümumi dəyəri 3 894 manat olan məhsul partiyasının satışının qadağan olunması barədə 25 tələbnamə verilib. O cümlədən, istehsal prosesinin tələblərini pozaraq antisanitariya şəraitində məhsul istehsal edən 7 müəssisədə məhsul növünün istehsalı və satışı tam qadağan olunub. Bunlar unlu qənnadı məmulatlar, süd məhsulları və qənd istehsal edən müəssisələrdir.
Digər 3 müəssisədə isə verilmiş iradnamə üzrə nöqsanların aradan qaldırıldığı məlum olduğundan istehsalın davam etdirilməsinə icazə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR