Bank Of Baku

Aprelin sonunda Azpromo-nun Himayəçilər Şurasının iclası keçiriləcək

Aprelin sonunda Azpromo-nun Himayəçilər Şurasının iclası keçiriləcək
# 07 aprel 2009 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının sonunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) Himayəçilər Şurasının iclası keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azpromo-nun prezidenti Rəhim Hüseynov bildirib.
R.Hüseynovun sözlərinə görə, iclasda ötən ilin hesabatına baxılacaq, həmçinin 2009-cu il üçün tədbirlər planı təsdiqlənəcək: «Bu il ərzində biz 40-a yaxın tədbir keçirəcəyik ki, bura biznes-forumlar, treninqlər və müxtəlif seminarlar daxildir. Bu məsələ də Himayəçilər Şurasının iclasında müzakirə olunacaq».
R.Hüseynov onu da bildirib ki, iclasda həmçinin üzvlük haqlarının məbləğinə dair də fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, Azpromo 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR