Bank Of Baku

Lənkəranda güzəştli kreditlərin alınması ilə bağlı sahibkarlar üçün treninq keçirilib

Lənkəranda güzəştli kreditlərin alınması ilə bağlı sahibkarlar üçün treninq keçirilib
# 07 aprel 2009 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi və Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəranda güzəştli kreditlərin alınması üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsinə həsr olunmuş treninq keçirib.
Tədbirdə Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndələri, Lerik, Astara, Cəlilabad, Masallı rayonlarından olan və kənd təsərrüfatı, emal sənayesi, mebel istehsalı, turizm sahəsində fəaliyyət göstərən 35-ə yaxın sahibkar iştirak edib.
Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması, biznes-planların tərtib edilməsi, layihələrin SKMF-in vəsaiti hesabına güzəştli qaydada kreditləşdirilməsi barədə ətraflı məlumat verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Növbəti analoji tədbir Şəki rayonunda təşkil ediləcək. Ümumilikdə isə treninqlərin digər iqtisadi rayonlarda da keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR