Şəkidə sahibkarlar üçün treninq keçirilib
10 aprel 2009 12:04 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Bu gün Şəkidə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi (BBTM) və Sahibkarlara Kömək Milli Fondu (SKMF) regionlarda fəaliyyət göstərən sahibkarlar üçün birgə treninq keçirib.
APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə BBTM-in və SKMF-in əməkdaşları və iş adamları iştirak edib. Treninqin keçirilməsində məqsəd sahibkarlıq subyektləri tərəfindən təqdim olunan investisiya layihələrinin tərtib edilməsinə və qiymətləndirilməsinə kömək göstərməkdir.
Tədbirdə çıxış edən SKMF-in sahibkarlarla iş şöbəsinin müdiri Nazim Qarayev Fondun vəsaitləri hesabına güzəştli kreditlərin alınması məqsədi ilə sahibkarlar tərəfindən təqdim edilən layihələrin hazırlanması qaydaları haqqında treninq iştirakçılarına ətraflı məlumat verib. N.Qarayev qeyd edib ki, fonda daxil olan layihələr 100 ballıq şkala ilə qiymətləndiriləcək və 60 baldan yuxarı bal toplayan layihələr maliyyələşdirmə üçün qəbul ediləcək.
Bundan sonra tədbir iştirakçıları arasında geniş diskussiya aparılıb. Burada əsas diqqət layihələrin hazırlanması və banklar tərəfindən yaradılan süni əngəllərin aradan qaldırılması məsələlərinə yetirilib. Bəzi sahibkarlar çoxsaylı cəhdlərə baxmayaraq, bu günə kimi kredit ala bilmədiklərini vurğulayıb.

Sahibkarlıq
İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı - FOTO
16:06
3 may 2024
“Berqa”dan əhvalınızı dəyişəcək layihə
12:25
3 may 2024
“Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı - YALNIZ 3 GÜN - YENİLƏNİB
11:13
3 may 2024
I rübdə Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 1.7 mlrd. dolları ötüb
16:35
2 may 2024