Bank Of Baku

Füzulidə yerli sahibkarlara treninq keçirilib

Füzulidə yerli sahibkarlara treninq keçirilib
# 17 aprel 2009 12:10 (UTC +04:00)
Füzuli-Horadiz. Teymur Zahidoğlu-APA. Sahibkarlığın İnkişafına Yardım Milli Fondu və Bakı Biznes Tədris Mərkəzinin mütəxəssisləri Füzuli rayonunda fəaliyyət göstərən sahibkarlara biznes planının qurulması və layihələrin hazırlanması və gerçəkləşdirilməsi mövzusunda treninq keçiriblər. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı Abbas Əliyev, Sahibkarlığın İnkişafına Kömək Milli Fondunun məsul işçisi Samir Hümbətov və Bakı Biznes Tədris Mərkəzinin direktoru Tofiq Babayev də iştirak ediblər. Treninqdə iştirak edən 200 nəfərə yaxın yerli sahibkara təmsil etdikləri sahədə səmərəli fəaliyyətin qurulması, maliyyə əldə etməyin yolları, xarici və daxili bazarlara çıxışın təşkili, eləcə də qarşılıqlı əlaqələrin qurulmasına dair bilgilər verilib. Füzuli Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xanoğlan Əzimov APA-nın Qarabağ bürosuna bildirib ki, bu cür təlimlər kəndli-fermerlər üçün ən azından ona görə əhəmiyyətlidir ki, onlar müasir sahibkarlıq haqda informasiyalar əldə edir, bank və qeyri bank kredit təşkilatları ilə əməkdaşlığın yollarını öyrənir, eyni zamanda qarşılıqlı münasibətləri inkişaf etdirməklə birgə fəaliyyət göstərmək barədə səmərəli informasiyalara yiyələnirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR