Bank Of Baku

Rusiyanın 100 ən varlı biznesmeninin adi bəlli olub

Rusiyanın 100 ən varlı biznesmeninin adi bəlli olub
# 18 aprel 2009 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Məşhur «Forbes» jurnalı Rusiyanın 100 ən varlı biznesmeninin siyahısını dərc edib.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, «Qızıl yüzlük-2009» siyahısında birinci yerdə «Oneksim» Şirkətlər Qrupunun prezidenti Mixail Proxorov qərarlaşıb. Ona məxsus əmlak və aktivlərin dəyəri 9,5 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.

İkinci yeri «Millhouse» şirkətinin rəhbəri Roman Abramoviç (8,5 mlrd. dollar), üçüncü yeri isə «LUKoil» neft şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov (7,8 mlrd. dollar) bölüşüblər.

Siyahıda bir sıra milyarderlərin vəziyyəti ötən ilki ilə müqayisədə nəzərəçarpacaq dərəcədə dəyişib. Bunun da qlobal maliyyə böhranı ilə əlaqədar olduğunu söyləmək mümkündür.

Əgər ötən il «Bazovıy element» şirkətinin baş direktoru Oleq Deripaska 25,1 mlrd. dollarlıq sərvətlə birinci yerdə idisə, bu il o, cəmi 3,5 mlrd. dollarla 10-cu yerdə qərarlaşa bilib. Rusiyanın varlıları arasında bu il sərvətini artırmış. Bir nəfərə də rast gəlinmir.

Rusiyanın super zənginləri arasında cəmi bir xanım iş adamı var. Bu da «İnteko» QSC-nin prezidenti Yelena Baturinadır. Xanım Baturina da ötən ilə nisbətən çox “kasıblayanlar” arasındadır. Ötən il onun sərvəti 4,2 mlrd. dollar təşkil edirdisə, bu il bu rəqəm cəmi 900 mln. dollar təşkil edib.

Qeyd edək ki, siyahıdakı biznesmenlərin ümumi vəsaiti 142 mlrd. dollar təşkil edib. «Qızıl yüzlük-2009»da cəmi 32 milyarder yer alıb (digərlərin vəsaiti 1 mlrd. dollardan azdır). Siyahıda yer almış iş adamlarının orta yaş həddi 47,5-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR