Bank Of Baku

Son pul hərracında «Ağstafa Avtonəqliyyat» ASC-nin səhmləri satılıb

Son pul hərracında «Ağstafa Avtonəqliyyat» ASC-nin səhmləri satılıb
# 20 aprel 2009 07:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 15-də Bakı şəhərində keçirilmiş 508-ci pul hərracında bir səhmdar cəmiyyəti – «Ağstafa Avtonəqliyyat» ASC-nin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 25 730 manat, buraxılmış səhmləri 25 730 ədəd, bir səhminin nominal dəyəri 1 manat təşkil edir. Hərraca ümumi nominal dəyəri 11 077 manat, ilkin hərrac qiyməti isə 5 538,50 manat olan 11 077 səhm çıxarılıb. Hərraca çıxarılmış səhmlərin hamısı ilkin hərrac qiymətinə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR