Bank Of Baku

Ümumrusiya Elmi Tədqiqat Sertifikatlaşdırma İnstitutunun Azərbaycanda fəaliyyəti qadağan olunub

Ümumrusiya Elmi Tədqiqat Sertifikatlaşdırma İnstitutunun Azərbaycanda fəaliyyəti qadağan olunub
# 20 aprel 2009 07:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ümumrusiya Elmi Tədqiqat Sertifikatlaşdırma İnstitutunun Azərbaycanda sertifikatlaşdırma orqanı kimi fəaliyyəti qanunsuz elan olunub. Bu barədə «APA-Economics»ə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) məlumat verilib.
Komitə tərəfindən Ümumrusiya Elmi Tədqiqat Sertifikatlaşdırma İnstitutunun (ÜRETSİ) sertifikatlaşdırdığı «Odlar Yurdu 95» əczaçılıq şirkətində aparılmış müşahidələr nəticəsində İSO 9001-2000 standartının tələblərinin kobud surətdə pozulması və ÜRETSİ-nin auditoru Səbinə Bababəyovanın İSO/MEK-17021:2006 standartının 5.2.10 yarımbəndinin tələbini pozaraq «Odlar Yurdu 95» əczaçılıq şirkətində idarəetmə sisteminin yaradılması zamanı konsaltinq xidmətinin göstərməsi aşkarlanıb. Bunları nəzərə alaraq, SMPDK-in qərarı ilə ÜRETSİ-nin sertifikatlaşdırma orqanı kimi Azərbaycanda fəaliyyəti razılaşdırılmayıb və bu fəaliyyət qanunsuz hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR