Bank Of Baku

Azərbaycan Almaniyada keçiriləcək işlənmiş avadanlıqlar sərgisində iştirak edəcək

Azərbaycan Almaniyada keçiriləcək işlənmiş avadanlıqlar sərgisində iştirak edəcək
# 21 aprel 2009 07:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 22-24-də Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı ilə Azərbaycan sahibkarları Karslruedə (Almaniya) keçiriləcək işlənmiş avadanlıqlar beynəlxalq sərgisində iştirak edəcəklər.
GTZ-dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycandan tikinti, toxuculuq, mebel və qida istehsalı kimi sahələrdə fəaliyyət göstərən 20 sahibkar «Resale» Ticarət Sərgisində iştirak edəcək. Sərgi Özəl Sektorun İnkişafı Proqramı (PSDP) çərçivəsində keçirilir.
Tədbirdə 31 ölkə, o cümlədən Rusiya, İran, Fransa, ABŞ, Böyük Britaniyanı təmsil edən iş adamlarının iştirak edəcəyi gözlənilir. Ümumiyyətlə, sərgiyə 120 ölkədən 10 mindən artıq ziyarətçinin qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR