Bank Of Baku

Göyçayda sahibkarlar üçün treninq keçirilib

Göyçayda sahibkarlar üçün treninq keçirilib
# 21 aprel 2009 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi və Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunda sahibkarlar üçün növbəti treninq keçirib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Göyçayda keçirilmiş treninqdə Ağsu, Kürdəmir, Zərdab, Ucar, Ağdaş, İsmayıllı və Göyçay rayonlarından olan kənd təsərrüfatı, sənaye, xidmət, turizm və informasiya texnologiyaları sahələrində çalışan 50-dən artıq sahibkar iştirak edib. Treninq iştirakçılarına biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və SKMF-ə təqdim edilməsi qaydaları, güzəştli kreditlərdən daha səmərəli istifadə üsulları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu ilin mart ayında ölkənin müxtəlif bölgələrində keçirilən treninqlərdə 250-dək sahibkar iştirak edib. Bu günədək treninqlər Lənkəran, Şəki, Sumqayıt və Horadizdə keçirilib. Sahibkarlara biznes-planların tərtib edilməsi, güzəştli kreditlərin alınması qaydaları ilə bağlı geniş məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR