Bank Of Baku

Azərbaycanda «halal» standartı ilə ət məhsullarının istehsalı sahəsi nəzarətə götürülüb

Azərbaycanda «halal» standartı ilə ət məhsullarının istehsalı sahəsi nəzarətə götürülüb
# 22 aprel 2009 10:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Son bir ay ərzində Azərbaycanda 12 müəssisədə insan orqanizmi üçün təhlükəli maddələr olan ərzaq məhsullarının istehsal edilməsi faktı aşkarlanıb. «APA-Economics»in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) mərkəzi aparatının rəhbəri Arif Əşrəfov məlumat verib.

A.Əşrəfovun sözlərinə görə, bu müəssisələrdə əsasən kolbasa, süd məhsulları və qənd istehsal olunub. Həmin müəssisələrə tələbnamə və iradnamələr verilərək keyfiyyətsiz məhsul partiyaları satışdan yığışdırılıb. Müəssisələrə iqtisadi sanksiyalar tətbiq olunub.

Komitə rəsmisi bildirib ki, Azərbaycanda «halal» standartı olmadığı halda, bəzi müəssisələr «halal» nişanı ilə kolbasa istehsal edir: «Bu baxımdan da biz həmin sahəni ciddi nəzarətə götürmüşük. Hazırda İslam ölkələri «halal» standartının yaradılması və tələblərin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar. Tələblər müəyyənləşdiriləndən sonra belə bir standart hazırlana bilər».

Qeyd edək ki, hazırda SMPDK-in Standartlar Fondunda 38 mindən artıq standart var və bunun 7 mindən çoxu ISO standartıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR