Bank Of Baku

Miryaqub Seyidov: «Azərbaycanın bölgələrində yerli məhsullardan istehsal olunan şərablar həmin regionun adı ilə bazara çıxarılmalıdır»

Miryaqub Seyidov: «Azərbaycanın bölgələrində yerli məhsullardan istehsal olunan şərablar həmin regionun adı ilə bazara çıxarılmalıdır»
# 22 aprel 2009 11:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda şərab növlərinin coğrafi göstəriciləri ilə tanıdılmasında müəyyən problemlər var. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent şöbəsinin müdiri Miryaqub Seyidov məlumat verib.

M.Seyidovun sözlərinə görə, coğrafi ticarət nişanları ilə bazara çıxarılan şərablar heç də həmin regionda istehsal olunmuş məhsullardan hazırlanmır: «Məsələn, «Gəncə» brendi ilə bazara çıxarılan şərab Gəncə regionunda istehsal olunmuş üzümdən hazırlanmalıdır. Bu, Abşeronda yetişdirilən üzümdən ola bilməz. Yaxşı olar ki, regionlarda yerli məhsullardan istehsal olunan şərablar elə həmin regionun adı ilə bazara çıxarılsın».

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda iş adamları əmtəə nişanlarından istifadə hüququnun lisenziya ilə digər şirkətlərə verməyə maraq göstərmir. Hazırda ölkədə əmtəə nişanlarından istifadə hüququnun digər subyektlərə satılması faktları daha çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR