Bank Of Baku

Azərbaycan bu il əqli mülkiyyətlə bağlı daha iki beynəlxalq sazişə qoşulacaq

Azərbaycan bu il əqli mülkiyyətlə bağlı daha iki beynəlxalq sazişə qoşulacaq
# 22 aprel 2009 11:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan bu il Ümumdünya Əqli Mülkiyyət Təşkilatının iki sazişinə qoşulmağı planlaşdırır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent şöbəsinin müdiri Miryaqub Seyidov məlumat verib.

M.Seyidovun sözlərinə görə, bunlardan biri «Olimpya simvollarının tanınmasına dair» Nayrobi Sazişi, digəri isə «Sənaye nümunələrinin tanınmasına dair» Haaqa Sazişinin Cenevrə Aktıdır. Hazırda hər iki sazişin ratifikasiyası ilə bağlı hökumətdaxili proseduralar həyata keçirilir.

M.Seyidov bildirib ki, Haaqa Sazişini ratifikasiya edəndən sonra digər ölkələrdən tanınmaq üçün Azərbaycana göndərilən sənaye nümunələrinin sayı artacaq.

Qeyd edək ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 16 mövcud sazişindən 9-na qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR